XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 - May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 10:04

Mayın 18-dəBakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub.

“Açıq qapı” günündə Mərkəzi Yasamal rayon MKS-nin əməkdaşları, Fizika-Riyaziyyat və İnformatika təmaüllü liseyin və 13 saylı tam orta məktəbin müəllim və şagirdləri ziyarət edib.

Qonaqlar Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Muzey bölməsində bələdçilər tərəfindən ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ulu öndərin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı gördüyü quruculuq işləri, onun əsasını qoyduğu daxili və xarici siyasəti barəsində məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Daha sonra Mərkəzin konfrans zalında Fizika-Riyaziyyat və İnformatika təmaüllü liseyin və 13 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Mərkəzin Baş fond mühafizi Azər Zeynalzadə geniş mühazirə ilə çıxış edərək “18 May - Beynəlxalq Muzeylər Günü”nün 1978-ci ildən etibarən bayram kimi qeyd edildiyini və Azərbaycanın Respublikası ərazisində fəaliyyət göstərən bütün muzeylərdə həmin tarixin "açıq qapı" günü elan olunmasında məqsədin qədim diyarımızın zəngin tarixini, mədəniyyətini, tarixi inkişaf yolunu özündə əks etdirən muzeylərin mədəni irsimizin qorunması, eyni zamanda təbliğində, gənc nəslin bədii və estetik zövqünün formalaşdırılması, elmi dünyagörüşünün zənginləşdirilməsi olduğunu bildirib.

Sonda  “18 May - Beynəlxalq Muzeylər  Günü”nə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 40581