XƏBƏRLƏR
MƏLUMAT
Xoreoqrafiya Akademiyası konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 09:56

Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 90 illik yubileyi çərçivəsində BXA-nın tam orta məktəb şagirdlərinin hesabat konserti keçirilib.

Konsertdə Əməkdar artist Emin Əliyev və məktəbin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyevanın quruluş verdiyi Niyazinin “Rast” simfonik muğamının musiqisi və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla”, Xalq artisti Yusif Qasımovun quruluş verdiyi “Yallı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından rəqs, Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi “Süzən qızlar”, “Mən baharın qızıyam”, “Odlar yurdu” rəqsləri, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluş verdiyi “Qu gölü”, “Jizel” baletlərindən variasiyalar, Əməkdar müəllim Pellumb Aqallıyayın quruluş verdiyi İ.Baxın “Kompozisiya” və digər rəqs parçaları ifa olunub.

Baxış sayı: 8938