XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə Klubunun təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 12:25

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xocəsən qəsəbə Klubunun təşkilatçılığı ilə 103 saylı tam orta məktəbdə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan  tədbirdə məktəblilər hərbi vətənpərvərlik ruhunda mahnılar, vətəni tərənnüm edən şeirlər və "Xalqın xilaskarı" adlı kompozisiya ilə çıxış ediblər.

Tədbir zamanı çıxış edən qonaqlar 15 İyun Milli Qurtuluş Gününün tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Məktəbin müəllim və şagird kollektivinin və Xocəsən qəsəbə Klubunun əməkdaşlarının iştirak etdiyi tədbir məktəblilərin ifasında " Sən elə bir zirvəsən" adlı musiqi ilə sona çatıb.

Tədbirdə həmçinin şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Baxış sayı: 14340