XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə klubu “Bir ulu sərkərdə bir ulu öndər” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 16:35

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xocəsən qəsəbə klubunun təşkilatçılığı ilə 103 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Bir ulu sərkərdə bir ulu öndər” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Gənclər və yeniyetmələr ulu öndərlə bağlı xatirələr haqqında öz təsüratlarını və ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti, dövlət müstəqilliyimizin qorunması və inkişafı Heydər Əliyevin adı ilə bağlı olduğunu, müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın çətin böhrandan çıxmasında, gənc respublikanın möhkəmlənməsində və dünyada tanınmasına ümummilli liderin müstəsna xidmətləri barədə danışıblar.

Sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində məktəb şagirdləri  dahi şəxsiyyət,əbədi yaşar lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər, mahnılar ifa ediblər.

 

 

Baxış sayı: 26520