XƏBƏRLƏR
MƏLUMAT
Xocasən qəsəbə klubunun təşkilatçılığı ilə Şəhid Həci Hüseynovun ailəsi ziyarət olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/06/2022 02:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xocasən qəsəbə klubunun təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərən Xocasən qəsəbəsinin Şəhidi Həci Kərim oğlu Hüseynovun ailəsi ziyarət olunub.

Şəhidin valideynləri övladlarının Vətən uğrunda qəhrəmanlıqla şəhid olmasından qürur hissi duyduqlarını bildiriblər. Şəhidin döyüş yoldaşları, təhsil aldığı 103 saylı tam orta məktəbin müəllim və şagird heyəti onun necə ağıllı, savadlı, mərd, vətənpərvər bir oğul olduğunu bildiriblər.

Həci 12 iyun 1996-cı ildə Sumqayıtda anadan olub. 44 günlük Vətən Müharibəsində könüllü iştirak edib, qəhrəmanlıq göstərib. Ən böyük arzusu Şuşaya getmək idi. Şuşaya qədər demək olar ki, bütün döyüş bölgələrində savaşıb, yaralanıb, hərbçi dostunun şəhidlik xəbərini eşidən kimi, hospitalda müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə atılıb. Oktyabrın 23-dən 24-nə keçən gecə, Füzuli rayonunun azad olunması zamanı əsgər yoldaşlarını xilas edərək şəhadətə qovuşan cəsur döyüşçünün şücaəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qiymətləndirilib və o ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib, ailəsi isə mənzillə təmin olunub.

Qəsəbə sakinləri, məktəblilər tez-tez Şəhidin adına açılan bulağı ziyərət edirlər. Xocəsən qəsəbə klubunun əməkdaşları tərəfindən şəhidin xatirəsinə ehtiram əlaməti olaraq kiçik guşə yaradılıb və yadigar olaraq ailəsinə bağışlanıb.

Şəhidimizin valideynləri sonda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Dövlət başçısına təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Baxış sayı: 453