XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə Klubunun təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2019 15:55

Mayın -də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Xocəsən qəsəbə Klubunun təşkilatçılığı ilə 103 saylı tam orta məktəbdə İmadəddin  Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Klubun əməkdaşlarının və məktəbin müəllim şagird kolektivinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə Klubun metodisti R.Məmmədova açaraq, dahi şairin həyat və yaradıcılığı, yazdığı şeir və qəzəlləri barədə, həmçinin əsrlər boyu xalq tərəfindən qorunub saxlanan və şairin yaradıcılığına olan böyük etiram və sevgidən bəhs edib.

Çıxış edən  digər qonaqlar dahi şair haqqında  məktəbliləri ətraflı məlumatlandırıblar.

Tədbirin bədii hissəsində məktəblilər  "Məndə sığar iki cahan", "Bahariyyə",  "Hardasan" və digər əsərlərdən ibarət  kompozisiya  ilə çıxış ediblər.

Sonda  məktəblilərin əl işlərindən ibarət foto-sərgii nümayiş olunub.

Baxış sayı: 65051