XƏBƏRLƏR
MƏLUMAT
Xoca-Həsən qəsəbə klubu "Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar" adlı təbdir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 09:05

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xoca-Həsən qəsəbə klubunun təşkilatçılığı ilə Binəqədi rayon 182 saylı tam orta məktəbdə 1 iyun Uşaqların  Beynəlxalq müdafiəsi gününə həsr olunmuş "Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar" adlı təbdir keçirilib.

Tədbir məktəblilərin ifasında səsləndirilən Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilib.

Daha sonra uşaqlara həsr olunmuş videoçarx nümayiş olunub. Məktəblilər maraqlı şer, mahnı və rəqslərlə çıxış ediblər. Uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.

Baxış sayı: 81749