XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS yazıçı Səidə Əşrəfqızının yaradıcılıq gecəsini keçirib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 13:06

Mayın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-i Azərbaycan Yazıçılar Birliyində yazıçı Səidə Əşrəfqızının yaradıcılıq gecəsini keçirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri şairə Güləmail Murad, Dayandur Sevgin, şairə Fərqanə, yazıçı-kulturoloq Aydın xan Əbilov, Bakı şəhər Mədəniyyət Baş İdarəsi kitabxanalarının əməkdaşları iştirak edib.

Şairənin öz dilindən və oxucularının dilindən şeirləri səsləndirilib.

Çıxış edən Xəzər rayon MKS-nin direktoru Vəfa Quliyeva şairə Səidə Əşrəfqızı ilə bağlı xatirələrini bölüşüb.

Tədbir zamanı həmçinin Səidə Əşrəfqızının “Dönük tale” kitabı oxuculara təqdim olunub.

 

Baxış sayı: 25681