XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 3 saylı filialında sərgi-söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 14:07

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 3 saylı filialında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş kitab sərgisi və məktəblilərlə söhbət  keçirilib.

Söhbət zamanı məktəblilərə C.Cabbarlının zəngin yaradıcılığından söhbət açılıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışılıb.

Sonda “Cəfər Cabbarlı – 120” adlı kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 54521