XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 3 saylı filialında kitab sərgisi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 14:39

Azərbaycan xalqının  Milli  Qurtuluş  Günü - Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ildən qeyd edilən bayrama 1998-ci ildə dövlət statusu verilib. 1993-cü il iyunun 15 -də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Beləliklə,15 iyun Azərbaycan tarixinə Milli  Qurtuluş  Günü  kimi daxil olur. Artıq illərdir ki, xalq bu günü ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

Milli  Qurtuluş  Günü ilə əlaqədar olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 3 saylı filialında kitab sərgisi təşkil olunub və oxucular sərgiyə baxış keçiriblər.

Sərgi zamanı dahi şəxsiyyətimiz Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasəti haqqında oxuculara məlumat verilib. 

Baxış sayı: 49103