XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 3 saylı filialında 28 May Respublika Günü ilə əlaqədar sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 09:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 3 saylı filialında 28 MayRespublika Günü ilə əlaqədar sərgi təşkil edilib.

Sərgi Azərbaycan Xalq  Cumhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş məlumatla açılıb. Sonra mövzu ilə əlaqədar oxucuların fikirləri dinlənilib, mövzunu əhatə edən kitab sərgisi təqdim olunub. Bildirilib ki, 28 May-Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan AzərbaycanXalq Cümhuriyyətinin yarandığı gündür. Respublika Günü dövlət bayramı olaraq 1990-cı ildən, dövlət müstəqilliyimizinbərpa edildiyi gün kimi qeyd olunur. Azərbaycan xalqı bu günü hər il böyük sevinc hissi ilə əlamətdar hadisə kimi bayram edir.  

Sonda sərgiyə baxış keçirilib. Bir-birindən maraqlı kitablar sərgiyə gələnlərin marağına səbəb olub.

Baxış sayı: 20519