XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon MKS-i “Böyük Azərbaycanlı – Heydər Əliyev” adlı səyyar sərgi təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 11:06

Mayın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin əməkdaşları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Böyük Azərbaycanlı – Heydər Əliyev” adlı səyyar sərgi təşkil ediblər.

Xətai rayon MKS-nin baş biblioqrafı R.Tahirova və baş kitabxanaçısı T.Mahmudova sərgi zamanı ətraf ərazidə yaşayan əhaliyə Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya siyasətinə təsir etmək gücündə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar təqdim ediblər.

Xətai rayon əhalisi “Böyük Azərbaycanlı – Heydər Əliyev” adlı sərgini maraqla izləyib.

Baxış sayı: 40755