XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon Mədəniyyət Mərkəzi “Bizim həyət” adlı musiqili tədbirdə iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 16:01

İyunun 3-də Bakı şəhərinin Xətai rayonunda "Bizim həyət" adlı musiqili tədbir keçirilib. Tədbir IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində baş tutub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bununla bağlı keçirilən tədbirdə iştirak edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı tədbirdə rəqs nömrələrilə çıxış edib.

Baxış sayı: 57679