XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Oqtay Kazıminin mahnılarından ibarət konsert proqramı təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 10:20

 İyunun 25-də Heydər Əliyev Sarayında unudulmaz bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.

Konsertdə Xalq artistləri Samir Cəfərov, Azər Zeynalov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları iştirak edəcək. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiət edəcək.

 

Baxış sayı: 38457