XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 09:06

İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Gecədə mədəniyyət naziri Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubu oxunub.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunub. Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.

 

Baxış sayı: 98417