XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Günəş, Sülh və Çiçək" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 14:46

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Günəş, Sülh və Çiçək" adlı tədbir keçirilib.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Afət İbrahimova açıq elan edib. Tədbirdə məktəblər arasında "Günəş, Sülh və Çiçək" mövzusunda rəsm və rəqs müsabiqələri keçirilib.

Müsabiqələrdə Pirallahı rayonunda yerləşən 168, 186, 243 və 235 saylı tam orta məktəblərin şagirdləri iştirak edib. Qonaq qismində N saylı hərbi hissənin əsgərləridə tədbirə dəvət edilib.

Tədbirin sonunda münsiflər heyətinin yekun qərarı ilə 168 saylı tam orta məktəb I yerə, 235 saylı tam orta məktəb II yerə, 186 saylı tam orta məktəb III yerə layiq görülüb, 243 saylı tam orta məktəb isə fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.

 

Baxış sayı: 40992