XƏBƏRLƏR
MƏLUMAT
Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinə start verilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 11:07

Mayın 15-də ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin İsmayıllı rayonunda birinci mərhələsi keçirilib.

İsmayıllı rayon Heydər Əliyev adına  Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şamaxı şəhər, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ və Zərdab rayonlarından olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan xalq çalğı alətləri ifaçıları iştirak edib.

Qeyd edək ki, sözügedən müsabiqə 2 turdan ibarətdir. Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq bölgələr üzrə I mərhələ cari ilin 15-31 may tarixlərində, II mərhələ 7-9 iyun tarixində Bakı şəhərində təşkil ediləcək.

Nəzərinizə çatdıraq ki, Gəncə, Şəki və Lənkəran şəhərlərində, İsmayıllı, Bərdə və Quba rayonlarında müsabiqənin birinci mərhələsi çərçivəsində tar, saz və kamança ixtisasları üzrə ustad dərsləri keçiriləcək.

 

Baxış sayı: 91452