UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.
Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar növbəti iclas keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak edib.
Əbülfəs Qarayev çıxış edərək Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Təşkilat komitəsinin sədri vurğulayıb ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir. Komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: “Bütün dünyanı əhatə edən İrs Komitəsi üzvlərinin ölkəmizə səfəri mədəniyyət, turizm və ümumiyyətlə, Təşkilat komitəsində təmsil olunan qurumların qarşısında böyük vəzifələr qoyur. Bakıya gələcək 3000 nəfərdən çox qonaq şəhərimizi gəzəcək, muzeyləri, qoruqları, restoranları və tarixi abidələri ziyarət edəcək. Bu ziyarətçilər dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir. Bu elm adamlarının məqalələri dünya miqyasında mütəxəssislər tərəfindən oxunur və müzakirə edilir. Bu səbəbdən də bütün teatr və konsert müəssisələri, muzeylərimiz, qoruq və tarixi məkanlarımız öz işini dünya tələblərinə uyğun quraraq bu günlərdə daha məsuliyyətlə fəaliyyət göstərməlidirlər. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdirilməlidir”.
Qeyd olunub ki, hotellər qonaqları qarşılamağa tam hazır olmalıdır. İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dilini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.
Vurğulanıb ki, sessiyanın açılış mərasimi Qoşa Qala qapısında açıq havada reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq: “Sessiya çərçivəsində “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda da bu sessiyaya hazırlıq işləri yekunlaşdırılmalıdır. Bölgələrdə fəaliyyət göstərən muzey və qoruqlar, mədəni məkanlar qonaqlara yüksək səviyyədə xidmət göstərməlidir. Sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır”.
Əbülfəs Qarayev sessiya günlərində xüsusi tamaşa və etnoqrafik filmlərin nümayişi ilə yanaşı, ölkəmizin təbliği məqsədilə nəşrlərin hazırlanması barədə də tapşırıqlarını verib.
Sonra iclas qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.
- 17:42 Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub
- 17:01 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib
- 16:28 “Memarlıq tarixdir” adlı tədbir keçirilib
- 16:10 Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək
- 15:02 Kuklaçılar bayramı başlayır
- 14:26 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Ecazkar aləm" adlı konsert keçirib
- 14:02 Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun məzarı ziyarət olunub
- 12:43 Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
- 12:16 Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
- 11:50 Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb
- 11:48 Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96 ili tamam olur
- 11:42 Həmid Herisçi ilə görüş keçirilib
- 11:35 Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür
- 11:30 Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək
- 11:07 Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək
- 11:00 Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək
- 10:58 Şimali Kaliforniyada Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi qeyd olunub
- 10:40 Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub
- 15:19 Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib
- 14:04 “Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb
- 12:34 Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb
- 11:18 Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb
- 10:13 “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
- 09:54 Kitabxanada 15 aprel - Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş dəyirmi masa keçirilib
- 09:30 Bu gün Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 ili tamam olur
- 09:27 Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq
- 09:26 Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib
- 15:53 “Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
- 14:58 “Düyməcik” yenidən Kukla Teatrının səhnəsində
- 14:52 Bakıda “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb
- 11:33 “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi” elan olunur
- 10:16 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
- 09:47 Bu gün Beynəlxalq Mədəniyyət Günüdür
- 09:41 Şuşa Teatrında “Bəla” tamaşasının premyerası olacaq
- 23:08 Şəhid və qazi ailələrinin övladları üçün bayram süfrəsi açılıb
- 16:45 Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib
- 16:22 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 15:57 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:54 Xalq artisti Azər Paşa Nemətovun məzarı ziyarət olunub
- 14:19 İçərişəhərdə Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirilib
- 12:17 Bu gün aktyor Ceyhun Mirzəyevin doğum günüdür
- 12:15 Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
- 12:10 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar nağıl təqdim edilib
- 11:37 Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
- 10:46 “Bir ovuc təbəssüm” adlı bayram tədbiri keçirilib
- 09:32 “Heydər Əliyev:tolerantlıq və dini-mənəvi dəyərlərimiz “ adlı dəyirmi masa keçirilib
- 09:25 “Mən Moskvanı gəzirəm” filminin ekranlara çıxmasından 60 il ötür
- 09:23 Bu gün Xalq artisti Sidqi Ruhullanın anadan olmasından 138 il ötür
- 17:33 Xalq artisti Valeh Kərimovla görüş keçirilib
- 15:55 Şuşada “Şuşanın səsi - Azərbaycanın səsi” adlı konfrans keçirilib
- 14:19 Gənclər Kitabxanası “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlayıb
- 11:45 Əməkdar artist Yaqub Zurufçunun doğum günüdür
- 11:12 Bu gün Əməkdar artist Gülüstan Əliyevanın doğum günüdür
- 11:04 “Avroviziya-2024”də təmsilçilərimizin səhnə quruluşçusu bu şəxs olacaq
- 10:58 “Baharın rəngləri” yaradıcılıq turnirinin yekun sərgisi açılacaq
- 15:41 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 14:22 Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihə davam edir
- 12:16 Milli Kitabxanada “Xalq yazıçısı Çingiz Abdullayev” adlı kitab sərgisi açılıb
- 11:50 Yeni kino muzeyi yaradılacaq
- 11:35 Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür