XƏBƏRLƏR
MƏLUMAT
UNESCO-da Beynəlxalq Türk Akademiyasının Forumu keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2019 08:34

Mayın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də iştirak edəcək.

Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələrin elmi müzakirələrini aparmaqdır.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi qeyd olunacaq.

Forumda bir çox ölkələrin nüfuzlu dövlət xadimləri, alimlər, tarixçilər və türkoloqlar iştirak edəcəklər.

 

Baxış sayı: 17782