XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 14:04

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kürdəxanı qəsəbə Mədəniyyət evi və Sabunçu rayon MKS-nin 8 saylı filialı birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirib

Tədbirdə 113 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Mədəniyyət evinin direktoru Aygün Məmmədova Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən  bəhs edib.

Filial müdiri H.Əzizova çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixi  taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən dövlət adamı tapmaq mümkün deyildir.Xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tutan milli liderimiz, güvən yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi Heydər Əliyev. O, dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırıblar.

Sonda şagirdlərinin ifasında dahi şəxsiyyət, əbədi yaşar  lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

Baxış sayı: 91783