XƏBƏRLƏR
MƏLUMAT
“Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ” həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:46

Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin zalında “Ümummilli Lider Heydər Əliyevin xatirəsinə” həsr olunmuş konsert keçirilib. Konserti 24 nömrəli onbirillik musiqi məktəbi ilə Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi birgə təşkil edib.

Konsertdə K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin direktoru Fikrət Budaqov, 34 nömrəli uşaq musiqi məktəbinin direktoru Vəfa Həziyeva, Ə. Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Almaz Əhmədova, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Aparıcı 24 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə II sinif şagirdi Rəhiməxanım Nəbiyeva hamını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında qısa məlumat verib. Konsertdə xalq musiqisi ilə yanaşı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri də ifa olunub. 

Konserti  24 nömrəli  11 illik musiqi məktəbi və Ə. Bakıxanov adına  6 nömrəli  uşaq musiqi məktəbinin birləşmiş “İnci” instrumental ansamblının ifasında (bədii rəhbər Rauf Abıyev)  Frenk Sinatranın “My way”, Jorj Bizenin “Karmen” operasından “Xabanera”, Dmitri Şostakoviçin  “Vals” № 2 ilə başlayıb.

Şagirdlərdən Etibar Ağayev nağarada – T. Quliyevin “Fantaziya”, Riyad Əliyev  tarda – S. Ələsgərovun  “Daimi hərəkət”, Fidan Zamanzadə qanunda  – S. Ələsgərovun  “Poema” , Oqtay Xıdıyev fortepianoda – F.Əmirovun  “Yumoresko”, Elnur Əliverdiyev qarmonda  – V. Adıgözəlovun “Skerso”,  Əli Vəlizadə tarda –H. Xanməmmədovun  Konsert II hissə, Reyhan Rəsulova qanunda – E. Qriqin “Norveç rəqsi”, Mahmud Mahmudov qarmonda və Eldar Yarıyev nağarada “Rast” rəngi, Əfsanə Quliyeva, Aynəddin Alışov sazda və Aydın Muradlı nağarada “Bahar olsun” kompozisiyasını, Məryəm Ağayeva kamançada – F.Şopenin “Vals”,  Eldar Hüseynov və Nuray Abdullayeva qarmonda, Əli Nəbiyev nağarada – “Kəmalə” rəqsini, xanəndələr Ədilə Əliyeva, Həzrət Əzizli və Fərid Heydərov tarda, Ərhan Nəbizadə kamançada müşayiəti ilə – “Qarabağ” mahnısını ifa ediblər. Konsert nağara çalanlar ansamblının ifasında “Azərbaycan rəqs ritmləri” (ansamblın rəhbəri Çingiz Absəlimov) ilə bitib.

Sonda məktəb direktorları çıxış edərək bu günün tarixi əhəmiyyətini qeyd etməklə hamıya minnətdarlıqlarını bildiriblər.

Baxış sayı: 65555