XƏBƏRLƏR
MƏLUMAT
C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 14:36

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert keçirilib.

Yeni Azərbaycan Partiyasının üzvləri Validə Heydərova, Natalya Məmmədova, Azad Rzazadə keçirilən tədbirdə iştirak edib.

Tədbiri məktəbin şagirdləri fortepiano ixtisası üzrə V sinif şagirdi Ayan Süleymanlı və skripka ixtisası üzrə VI sinif şagirdi Gülər Yahyayeva açaraq, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O öz həyatını doğma xalqına həsr edərək, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. 

Konsertdə məktəbin müəllim və şagirdləri müxtəlif janrlarda musiqi parçaları ifa ediblər.

Baxış sayı: 31698