XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar “Dahi şəxsiyyət” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:04

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nəsimi rayon MKS-nin 3 saylı filialı Bakı Atatürk liseyi ilə birlikdə ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar “Dahi şəxsiyyət”  adlı tədbir keçirib.

İlk olaraq Heydər Əliyev haqqında video-çarx  izlənilib.

Sonra ümummilli lider Heydər Əliyev haqqında məlumat verilib. Bildirilib ki, xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada H.Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.

Tədbirdə  şagirdlər öz  ifasında ulu öndərHeydər Əliyevə həsr olunmuş  şeirlər səsləndirib, mahnılar oxuyublar. Sonda dahi şəxsiyyətə həsr olunmuş sərgiyə baxış keçirilib.

Baxış sayı: 8140