XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli lider H.Əliyevin 96 illiyinə həsr olunmuş "Ulu bir sərkərdə, ulu bir öndər" başlığı altında sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 11 saylı filialı H.Əliyevin 96 illiyinə həsr olunmuş "Ulu bir sərkərdə, ulu bir öndər"  başlığı altında sərgi təşkil edib.

Açılış zamanı ümümmilli lider, 20-ci əsr dünya siyasətində xüsusi yeri olan, Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin 96 yaşı tamam olduğu bildirilib. 

Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada H.Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.

Təsadüfü deyildir ki, onun atdığı addımlar, yürütdüyü siyasət, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı ilə diqqəti cəlb edib, ulu öndərə siyasət aləminin patriarxı adını qazandırıb.

 

 

Baxış sayı: 24896