XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon MKS-nin 4 saylı filialı "Kitab Ətri" lahiyəsini həyata keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 10:51

İyunun 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanırayon MKS-nin 4 saylı filialı “Cığır" Mənəvi Dəyərlərinin İnkişafına Dəstək İctimai Birliyi ilə birlikdə "Kitab Ətri" lahiyəsini həyata keçirib.

Tədbirdə "Cığır" Mənəvi Dəyərlərinin İnkişafına Dəstək İctimai Birliyinin könüllülərindən olan Nərmin xanım Kitab Ətri layihəsinin qayəsi barədə uşaqlara söhbət açaraq bildirib ki, məqsədimiz siz kitab arılarını bir yere yığıb kitab ətrinin cövhərini yığmaqdır.

İştrakçılar kitab haqqında təsəvvür etdiklərini rəsmləri ilə canlandırıblar.

Qeyd edək ki, layihənin məqsədi uşaqlara mənəvi və maddi dəstək, onların dünya görüşlərinin artması, formalaşması, mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirməkdir.

 

Baxış sayı: 34107