XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzi “Gənc istedad” adlı müsabiqə keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 14:54

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzi Suraxanı rayon Gənclər və İdman idarəsi ilə birlikdə yaradıcı gənclərin iştirakı ilə “Gənc İstedad” adlı müsabiqə keçirilib.

Müsabiqədə Suraxanı rayonunda fəaliyyət göstərən  təhsil müəssisələrindən 53 gənc vokal, rəqs, musiqi alətlərində ifa və aktyorluq bacarıqlarını nümayiş etdiriblər. Mərkəzin birinci mərtəbəsində, eyni zamanda  balaca keramist-rəssam Ramidə Rəhimovanın fərdi sərgisi nümayiş olunub.

Münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilən gənclər sonda Fəxri fərmanlarla təltif ediliblər.

Baxış sayı: 51672