XƏBƏRLƏR
MƏLUMAT
“Stalinin qaranlıq keçmişi” filmi 4 festivalın müsabiqə proqramına daxil edilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 10:14

“Stalinin qaranlıq keçmişi” sənədli filmi təqdim olunduğu 6 beynəlxalq festivaldan 4-nün müsabiqə proqramına daxil edilib.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, sənədli film İtaliyanın “Cefalù”, Avstraliyanın “International Shorts” və Böyük Britaniyanın “The Lift-Off Sessions”, “First-Time Filmmaker Session” festivallarının müsabiqə proqramına yer alıb.

Bildirilib ki, “SSP Production” şirkətinin ekranlaşdırdığı filmin redaktoru Əkbər Qoşalıdır, mətni isə Eldost Bayram oxuyub.

Ekran əsərində qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

 

Baxış sayı: 21475