XƏBƏRLƏR
MƏLUMAT
“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 08:49

20-22 may tarixlərində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ”Qloballaşan Dünyaya İnteqrasiya” ictimai birliyinin həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda  təlim keçirilib.

 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev tədbiri açaraq turizmin Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcudluğundan, inkişafına ciddi diqqət göstərilməsindən, rəqabət imkanlarının yüksəkliyindən, busahənindavamlı inkişafının nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyacın  sürətlə artmasından danışıb.

 “Yeni Media Jurnalistləri” ictimai birliyinin sədri,  jurnalist Xaqani Səfəroğlu təlim iştirakçılarına “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği yolları, texniki vərdişlər, statuslar (Facebook), videoçarxlar (Youtube) twitlər (Twitter)”, “Sosial şəbəkələrdə təbliğat vasitələri kimi internet resurslar, saytlar, onlayn məqalələr, GPS barədə təqdimatlar”, ”Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması”, “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”  və sair mövzularda məruzələr  oxuyub.

 Hər bir mövzu ətrafında məruzələrdən sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 Təlimdə  Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru  Elvin Talışinski, “Qloballaşan dünyaya İnteqrasiya” ictimai birliyinin sədri İlkin Ağayev, QHT nümayəndələri, Bakı Dövlət Universitetinin,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

 Təlimin sonuncu günü iştirakçılara sertifikatlar verilib.

Baxış sayı: 62725