XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evində “Dərs” bədii filminin nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 10:47

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində “Dərs” bədii filminin nümayişi olub.

Filmin rejissoru Rafiq Əliyev çıxışında Cavid Təvəkküllə birlikdə rejissoru olduğu “Dərs” filminin 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırıldığını, əsərin uşaqların məktəb və şəxsi həyatlarından bəhs olunduğunu bildirib. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa ediblər.  Ekran əsəri uşaqların şəxsi və ictimai həyatı, cəmiyyətdə davranışı, yeniyetmələrin üzləşdiyi problemləri əks etdirməklə yanaşı, çətinliklərdən çıxış yollarını araşdırır.

Filmi teatr və kino aktyoru, rejissor, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Əliyev, İnci Psixoloji Nitq Inkişafı Mərkəzin psixoloqu Fatma İslamlı, Xəzər rayonu Gənclər və İdman idarəsinin Baş məsləhətçisi Dilşad Nuriyeva, 183 və 230 saylı tam orta məktəblərin şagirdləri izləyiblər.

Sonra filmin rejisoru Rafiq Əliyev və psixoloq Fatma İslamlı məktəblilərlə filmi müzakirə ediblər.

Sonda şagirdlərin psixologiyasının formalaşmasına müsbət təsir göstərən belə filmlərin nümayişinə görə təşkilatçılara təşəkkür bildirilib.

Baxış sayı: 72723