XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi və Nizami Mədəniyyət Mərkəzi Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 14:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsininŞüvəlan qəsəbə Mədəniyyət evi Nizami Mədəniyyət Mərkəzi ilə birlikdə Qala N saylı hərbi hissədə Milli Qurtuluş Günü ilə əlaqədar konsert proqramı təqdim edib.

Tədbiri açıq elan edən aparıcı Afaq Bayramova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.Qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Konsert proqramında rəqs kollektivlərinin maraqlı çıxışı, həmçinin Quliyev Elgün,Fərzəliyev Kamil,Əliyeva Mətanətın ifaları bayram abu-havası yaradıb .

Sonda Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Anar Məmmədov,  bədii rəhbər Güləndam İskəndərova, Nizami Mədəniyyət Mərkəzinin direktoru Nizami Manafov, və rejisoru Afaq Bayramova hərbi hissə komandiri tərəfindən Fəxri fərmanlarla təltif olunublar.

Baxış sayı: 100127