XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi ekskursiya təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 10:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı Mərdəkan Dendroparkına ekskursiya təşkil edib.

Ekskursiya zamanı Dedropark və orada olan bitkilər aləmi, binanın strukturu barəsində uşaqlara geniş məlumat verilib. Mərdəkan dendrarisi 1895-1920-ci illərdə Bakı milyonçusu, böyük xeyriyyəçi Murtuza Muxtarovun bağı olub, bina isə memar Ploşkonun layihəsi əsasında inşa edilib. Dendrari 1965-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunun tərkibində fəaliyyət göstərir. Dendrari yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir.

Burada bir çox filmlər – “Arşın mal alan”, “Qorxma, mən səninləyəm”, “Dərviş Parisi partladır”, “Başsız atlı” və b. çəkilib.

Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma işləri aparılıb, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilib, bioekoloji xussiyyətləri öyrənilib və kolleksiyalara daxil edilib. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansambılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilib.   

Qeyd edək ki, ekskursiya Mədəniyyət evinin illik fəaliyyət planına əsasən şagirdlərin asudə vaxtlarını səmərəli təşkili, onların dünyagörüşünün, bilik və bacarıqlarının artırılması məqsədi ilə Mədəniyyət evinin mədəni-kütləvi işlər üzrə təşkilatçısı Zəminə Bayramova tərəfindən keçirilib.

 

Baxış sayı: 77556