XƏBƏRLƏR
MƏLUMAT
“Şuşanın dağları başı dumanlı”
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 15:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Yasamal rayon 53 saylı tam orta məktəblə birlikdə Azərbaycanın dilbər guşələrindən biri Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalının 27-ci ildönümünə həsr olnmuş tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açaraq, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirməsindən, şəhərin axşamadək müdafiə olunmasından, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilmədiyi haqqında məlumat verib.

Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova Şuşanın mədəniyyətindən düşmənin Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrinin dağıdılıb talan edilməsi, 25 məktəb, 31 kitabxana və 8 mədəniyyət evinin talan edilməsindən söhbət açıb.

Sonra Şuşaya həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda məktəbin 7c və 7b sinif şagirdləri Fatimə Məmmədova, Nəzrin Babayeva, Arifə Dadaşova, Lalə Xankişiyeva, Xalidə və Cavid Babakişiyevlər, Yeva Fərəcova və Nəzrin Namazəliyeva Şuşa haqqında məruzə və şeirlər söyləyiblər.

Baxış sayı: 74201