XƏBƏRLƏR
MƏLUMAT
Şövkət Ələkbərova adına Mədəniyyət evində “Azərbaycan, Vətənimdir” adlı sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 09:19

Mayın  25-də  Bakı  Şəhər Mədəniyyət  Baş İdarəsinin Şövkət Ələkbərova adına Mədəniyyət evində 28 may Respublika gününə həsr olunmuş  “Azərbaycan, Vətənimdir” adlı “ Buta” rəsm  studiyasının, Xətai rayonu  58 saylı tam orta məktəbin və Bakı Şəhər Atatürk Liseyinin şagirdlərinin sərgisi təşkil olunub.

Mədəniyyət evinin mədəni kütləvi təşkilatçısı Pəvanə Süleymanova tədbiri açıb.

Mədəniyyət evinin direktoru Cabbar Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun təşəkkül tapması və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri və ulu öndər Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil  Azərbaycan dövlətini yaratması haqqında məlumat verib.

Sonra “Buta“ rəsm studiyasının müəllimi Fidan Qurbanova  iştirakçıları sərgi ilə tanış edib.

Sonda “Buta” rəsm studiyasının rəhbəri F.Qurbanova Fəxri fərman, rəsm studiyasının üzvləri, 58 saylı  tam orta məktəbin  və Bakı Şəhər Atatürk Liseyinin şagirdləri Tərifnamə ilə təltif ediliblər.  

Baxış sayı: 26645