XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz” layihəsində igid döyüşçü Nurəddin Ramazanov xatırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
02/10/2020 07:51

Ramazanov Nurəddin Fərrux oğlu 1954-cü il aprelin 26-sı Naxçıvan Muxtar RespublikasınınŞərur rayonununÇərçiboğan kəndində ziyalı ailəsində anadan olub.20 nömrəli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Politexnik İnsitutunun inşaat fakültəsinə verib və ali təhsili fərqlənmə diplomu ilə başa vurub.

Müxtəlif dövlət strukturlarında, o cümlədən 1980-1992-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində çalışmış Nurəddin Ramazanov Qarabağda gedən hadisələrə, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərə biganə qalmayıb.

1992-ci ildə torpaqlarımızın azadlğı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət edən Nurəddin Ramazanov “N” saylı hərbi batalyonun tərkibində Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və şəhid olub.

Ailəli idi, iki qız övladı var. 

Baxış sayı: 663