XƏBƏRLƏR
MƏLUMAT
Şağan qəsəbə Mədəniyyət Mərkəzində H.Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 10:56

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzində Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar konsert proqramı təqdim edilib.

Mərdəkan qəsəbəsində yerləşən Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən konsertdə muğam və xalq mahnıları səsləndirilib. Məktəbin muğam muəllimləri Xəyalə Əliyeva və Səyavuş Mehtiyevin çıxışı alqışlarla qarşılanıb.

Sonda konsertdə fərqlənən şagirdlərə Fexri Fermanlar təqdim olunub.

Baxış sayı: 29313