XƏBƏRLƏR
MƏLUMAT
Şağan qəsəbə Mədəniyyət Mərkəzində “28 May - Respublika Günü” ilə əlaqədar konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 14:35

Mayın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzində “28 May - Respublika Günü” ilə əlaqədar tanınmış müğənni Xatun Əliyevanın solo konserti keçirilib.

Tədbirdə Şağan qəsəbə sakinləri, 123, 124 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi, Şağan qəsəbə nümayəndəliyinin sədri, etnoqraf Təvəkkül Səlimov, Mərdəkan Mədəniyyət Sarayının direktoru Əliağa Ağayev və başqaları iştirak ediblər.

Konsertin aparıcısı gələn qonaqları salamlayaraq Respublika Günü ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.  “Qala” rəqs ansamblının ifasında “Popuri” rəqsi alqışlarla qarşılayıb.

Sonra mügənni Xatun Əliyeva “Can Azərbaycan” mahnısının sədaları altında səhnəyə çıxıb. Xalqımızı “28 May - Respublika Günü” münasibətilə təbrik edib, repertuarı və canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Konsertdə qonaq qismində müğənnilər Emil Nəsirli, Şağan qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tərlan Məlikzadə, gənc reperlər Nadir Nəğd pul və Okan çıxış ediblər.

Sonda mərkəzin yeni direktoru Cavid Şahbazbəyov çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib. Xatun Əliyevaya və tədbirin təşkilində zəhməti keçən hər kəsə dərin təşəkkürünü bildirib. Mədəniyyət Mərkəzi adından Xatun Əliyeva və təşkilatçı Pənah Eldaroğlu Fəxri fərman və Təşəkkürnamə ilə tətif olunublar.

Qeyd edək ki, tədbiri ARB televiziyası işıqladırılıb.

Baxış sayı: 27605