XƏBƏRLƏR
MƏLUMAT
Şağan qəsəbə Mədəniyyət Mərkəzi və Xəzər rayon MKS-nin 7 saylı filialı sərgi və dəyirmi masa keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:11

İyunun  14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Şağan qəsəbə Mədəniyyət Mərkəzi və Xəzər rayon MKS-nin 7 saylı filialının əməkdaşları 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar  sərgi və dəyirmi masa keçiriblər. 

Tədbiri giriş sözü ilə filialın müdiri L.Sadıxova açaraq qeyd edib ki,tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü il 15 iyun günü onu qiymətləndirənlər dərk edənlər üçün əzizdir.

Sonra kitabxanaçı G.Rzayeva çıxış edərək bildirib ki,dahi öndər istedadını, zəngin təcrübəsini azad, müstəqil, dünya sivilizasiyalı dövlətlər səviyyəsinə çatan bir dövlət qurmağa sərf edib. Onun uğurlu siyasəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Həyata keçirdiyi tədbirlər isə bütün sahələri əhatə edən inkişafın möhkəm təməlini qoyub.

Baxış sayı: 43018