XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 14:42

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr  olunmuş “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında rolu”  adlı dəyirmi masa  keçirilib.

Tədbiri giriş sözü ilə Ş. Ələkbərova adına Mədəniyyət  evinin  mədəni-kütləvi təşkilatçısı  Pərvanə Süleymanova  açaraq, tədbir iştirakçılarını salamlayıb.                                                                    

Mədəniyyət evinin direktoru C. Süleymanov, bədii rəhbər G. Musayeva çıxış edərək, ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan, elmə, mədəniyyətə hər zaman diqqət göstərməsindən və Ulu öndərin Azərbaycanın tərəqqisi uğrunda etdiyi  xidmətlərdən söhbət açıblar.

Sonda tədbir iştirakçıları Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda və mədəniyyətimizin  inkişafında rolu  haqqında çıxış ediblər.

 

Baxış sayı: 43916