XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına Mədəniyyət evi “Məndə sığar iki cahan” adlı bədii qiraət müsabiqəsini keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 09:38

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən “Məndə sığar iki cahan”  adlı bədii qiraət müsabiqəsini keçirib.

Müsabiqə Xətai rayonu 58 saylı tam orta məktəbdə təşkil edilib.

Mədəniyyət evinin direktoru C.Süleymanov iştirakçılara “Məndə sığar iki cahan” adlı bədii qiraət müsabiqəsinin əsasnaməsini təqdim edib və Azərbaycan prezidenti cənab İlham Əliyevin “2019-cu ilin Nəsimi ili elan olunması” haqqında Sərəncamı ilə tanış edib.

Müsabiqənin 1-ci, 2-ci,3-cü yerin qalibləri Fəxri fərmanla, fəal iştirak edənlər isə tərifnamə ilə təltif olunublar.

Baxış sayı: 5889