Ş.Ələkbərova adına Mədəniyyət evi “ Məndə sığar iki cahan” adlı bədii qiraət müsabiqəsini keçirəcək

Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən “Məndə sığar iki cahan”  adlı bədii qiraət müsabiqəsini keçirəcək.

Müsabiqə 58 saylı tam orta məktəbdə təşkil ediləcək.

Mədəniyyət evinin direktoru C.Süleymanov iştirakçılara “Məndə sığar iki cahan” adlı bədii qiraət müsabiqəsinin əsasnaməsini təqdim edib və Azərbaycan prezidenti cənab İlham Əliyevin “2019-cu ilin  Nəsimi ili elan olunması” haqqında Sərəncamı ilə tanış edib.

Müsabiqənin 1-ci turu mayın 15-də, 2-ci turu isə mayın 16-da keçiriləcək. Qaliblər Fəxri fərmanla, fəal iştirak edənlər isə tərifnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, məktəbliləri  əhatə edən müsabiqənin əsas məqsədlərindən biri Nəsimi irsinin aktuallığının müasir humanitar düşüncə kontekstində vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliğidir.