XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 09:25

 İyunun  11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində Xalq artisti, Şöhrət ordenli bəstəkar Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qonaq qismində bəstəkarın ailə üzvləri qızı Leyla, gəlini Rəna iştirak ediblər. 

İlk olaraq məktəbin nəzəriyyə şöbəsinin müəllimi Aytən Adıgözəlova bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə edib.

Tədbirdə O.Zülfüqarovun kamera-instrumental əsərləri və mahnılarından ibarət konsert təqdim olunub. 

Konsertdə Aylin Məmmədova, Gülnarə Bayramova, Fidan Sultanova, Çingiz Əlizadə, Azalina Əsədova, Xədicə İmanlı, Nigar İsmayılova, Fatimə Kəlbəliyeva fortepianoda, Xədicə Salmanova violində, Çingiz Əlizadə tarda, həmçinin Aylin Məmmədova və Nigar Teymurzadə  bəstəkarın mahnılarını ifa ediblər.

Sonra O.Zülfüqarovun “Məryəm qonaqlıqda”, "Nənəm evdə tək qalıb”,”Vals”,”Cücü”, “İdmanı sevirik biz”,”Muğam və təsnif”, “Qərənfil”, “Yallı” və digər əsərləri səslənib.

Konsert uşaqların marağına səbəb olub.

Baxış sayı: 43083