XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 09:07

Mayın 4 – də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Konsert Azərbaycan Milli Konservatoriyasında baş tutub. Konsertdə Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri, məktəb direktorları da iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin müəllimi Heydər Əliyevə həsr olunmuş şeirlə konserti açıq elan edib.

Məktəb şagirdlərinin ifasında xarici və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Şagirdlərdən İsmayıl Allahverdiyev, Aylin Məmmədova, Röya Bağırzadə, Nihad Qədirli, Səid Quliyev, Nəsib Nəsibli, Dilcan Məmmədrəhimov, Xədicə Salmanova, Kənan Şahverdiyev, Neymət Tağıyev, Yəhya Rzayev, Aysun Sultanova, Məryəm Əli, Vəfa Şirəliyeva, qanun çalanlar ansamblı, saz çalanlar ansamblı, nağaraçılar ansamblı, həmçinin məktəbin xor kollektivi və xalq çalğı alətləri orkestri uğurla çıxış ediblər.

 

 

Baxış sayı: 57184