XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə 28 May Respublika Günü münasibətilə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 15:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 28 May Respublika Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasında Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti keçirilib.

Konsertdə Baş İdarənin rəisi Cəlil Məlikov, Xətai rayon İcra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Əliağa Sədiyev, Abbas Bağırov, Bakı şəhərinin digər musiqi məktəblərinin direktorları iştirak ediblər.

Konsert zamanı Azərbaycan və xarici ölkə bəstəkarların əsərləri səslənib.

Sonda Xətai rayon İcra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə rayonun ictimai- kütləvi tədbirlərində fəal iştirakına görə təşəkkürünü bildirib, Baş İdarənin rəisi Cəlil Məlikov kollektivə böyük uğurlar arzulayıb, Məktəbin direktoru isə  bütün iştirakçılara və qonaqlara tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.

Baxış sayı: 85558