XƏBƏRLƏR
MƏLUMAT
Səfirlik Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına kitablar hədiyyə edib
ÜMÜMİ XƏBƏRLƏR
21/11/2019 05:47

İsrailin Azərbaycan Respublikasındakı Səfirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına yəhudi şairi Raxel Bluvşteyn-Selanın kitablarını hədiyyə edib. Kitabda şairin Azərbaycan və ibri dillərində 25 şeiri nəşr olunub. Ön sözün müəllifi İsrailin Azərbaycandakı səfiri Dan Stav qeyd edib ki, İsrail xalqının mənəvi dəyərlərini qoruyub saxlaması və qiymətləndirməyi üçün Raxel yaradıcılığının İsrail mədəniyyətinin bir hissəsi kimi qorunması çox əhəmiyyətlidir.

1890-cı ildə Rusiyanın Saratov şəhərində anadan olan Raxel sonralar İsrailin Rehovot şəhərinə köçüb. Birinci Dünya müharibəsi illərində xəstəlik tapan şair 16 aprel 1931-ci ildə dünyasını dəyişib. Onun ölümünə bir çox şeirlər həsr olunub. İbri ədəbiyyatının məşhur şairlərindən biri olan Xaim Naxman Byalik onun haqqında söyləyib ki, “poeziyasının qüvvəsiylə dünyasını dəyişən şairə Raxelin şeirlərində sanki fədakarlığa qurban gedənlərin səsi vardı”.

Raxelin bir çox şeirlərinə mahnılar da bəstələnib.

Baxış sayı: 75377