XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Heydər Əliyev Fondu-15 il” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:39

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.

Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Heydər Əliyev Fondu-15 il” adlı videoçarx hazırlanıb. Videoçarxda Fondun yaranma tarixi və fəaliyyəti haqqında məlumatlar öz əksini tapıb.

Videoçarxa https://www.youtube.com/watch?v=9wGYFENV4k4  linkə daxil olaraq baxa bilərsiniz.

Baxış sayı: 55044