XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 saylı filialında “Qəhrəmanlar unudulmur” silsiləsindən növbəti tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 16:52

Sinəsində boy atıb, böyüdüyümüz məkan, Vətənim Azərbaycan qəhrəmanlar diyarı, igidlər məskənidir. Neçə-neçə igid oğullarımız Vətənin azadlığı, istiqlaliyyəti, xalqın rifahı və xoşbəxtliyi uğrunda öz canlarından, qanlarından keçiblər.

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nın 6 saylı filialı "Qəhrəmanlar unudulmur " silsiləsindən növbəti tədbirini 329 saylı orta məktəbdə keçirib. Məlumat saatı Azərbaycanın Milli Qəhrəmanı Fikrət Hacıyevə həsr olunub.

Kitabxanaçı F.Qasımova  Milli Qəhrəman Fikrət Hacıyevin həyatı və keçdiyi rəşadətli döyüş yolu haqqında şagirdlərə məlumat verib. Qeyd edib ki, Fikrət Hacıyev 19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulub. 1978-ci ildə doğma kəndlərində VIII sinfi bitirdikdən sonra, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnib. 1982-ci ildə hərbi xidmətə çağrılıb. 1991-ci ildə Fikrət Hacıyev könüllü olaraq cəbhəyə gedib. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni quldurlarından müdafiəsində fəal iştirak edib. Fikrət Hacıyev 1992-ci ilin mayın 5-də Talış kəndində yerləşən erməni mövqelərini susdurmaq üçün Yaltaxıl adlanan ərazi üzrə əməliyyatda qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ballıqaya kənd orta məktəbi Fikrət Hacıyevin adını daşıyır.

Sonda uşaqlarla Milli Qəhrəmanlar haqqında diskusiya aprılıb. Şagirdlər Milli Qəhrəmanlara həsr olunmuş şerlər söyləyiblər.

Baxış sayı: 14899