XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 saylı filialı " Düşünmək istəyirəm mən " başlığı altında dəyirmi masa keçirib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2019 16:33

İyunun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail  rayon MKS-nin 6 saylı filialı xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arifin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar  " Düşünmək istəyirəm mən  " başlığı altında dəyirmi masa keçirib.

Kitabxanaçı F.Qasımova Hüseyn Arifin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, şairin poeziya aləmi mövzu baxımından genişdir. Onun təbii və canlı dili ilə seçilən əsərlərindən həyatın öz nəfəsi duyulur. Məhz buna görədir ki, Hüseynin şerləri çox zaman mahnı mətninə çevrilmişdir. Kövrək ruhu , zərif duyğulu, incə deyimliifadələr, gözlənilməz bədii sonluqlar, şairin yaradıcılığına xas olan poetik lövhələr, şeirlərin dadlı duzlu dünyası oxucu yaddaşında silinməz izlər buraxır, insanın mənəvi aləminə bir təravət gətirir.Təbiət mövzusunda yazdığı və əksərən fəlsəfi fikirlərlə sona yetirdiyi əsərləri ilə şair bizi ana təbiəti qorumağa , duymağa , doğma torpağın qədrini bilməyə çağırır.

Kitabxananın müdiri V.Şirəliyeva Hüseyn Arif haqqında öz xatirələrini danışıb. Bildirib ki, Hüseyn Arif yaradıcılığının əzəl qaynaqlarından biri təbiət idi.Doğma Azərbaycan təbiətinin möhtəşəm gözəlliyinə vurğunluq - onun poeziyasında çeşidli bədii təcəssümümünü tapıbdır.Hüseyn Arif təbiəti təsvir edəndə bəzən həqiqətən bir rəssam kimi onu canlandırır.

Baxış sayı: 87423