XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 saylı filialı 28 May Respublika Günü ilə əlaqədar sərgi və söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 11:16

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin 6 saylı filialı 28 May Respublika Günü ilə əlaqədar sərgi və söhbət keçirib. 

Baş kitabxanaçı Z.Hacıyeva oxuculara 28 May Respublika Günü haqqında geniş məlumat verib. Qeyd edib ki, bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Müstəqil Azərbaycan Cumhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınların seçim hüququnu tanıyan və qadın-kişi bərabərliyini təmin edən cumhuriyyət o cümlədən milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmi surətdə tanınması, iqtisadi islahatların həyata keçirilməsini, Azərbaycanın bütövlüyünü təmin edib.

Sonda sərgidə iştirak edən oxucularla diskussiya aparılıb. 

Baxış sayı: 451