XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 saylı filialı "Vətəni sevməyən insan olmaz, Olsa da ol şəxsdə vicdan olmaz" başlığı altında uşaqlarla görüş keçirib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 14:53

Vətənə məhəbbət, vətənpərvərlik ideyası romantik şeirin ruhunu, canını təşkil edir. Şairə ilham verən vətən və xalq  məhəbbət millət sevgisidir. Doğma vətəni sevməyi, ona həqiqi övlad məhəbbəti ilə xidmət etməyi şairin lirik qəhrəmanı özünün yüksək idealı, müqəddəs və vicdan borcu hesab edir, incəlik, gözəllik, zəriflik vurğunu olan Abbas Səhhət ona yurdun zəngin təbiətini vəsf edəndə  də, vətən yolunda canından keçməyə hazır olduğunu bildirəndə  də oxucunun nəzərində saf, səmimi vətən məhəbbətini tərənnüm edən əməlpərvər, vətənpərvər bir şair kimi canlanır.

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin 6 saylı filialı  Badamdar qəsəbəsində yerləşən "Könül” körpələr evi və uşaq bağçasında Abbas Səhhətin 145 illiyi münasibətilə  "Vətəni sevməyən insan olmaz, Olsa da ol şəxsdə vicdan olmaz" başlığı altında uşaqlarla görüş keçirib.

Kitabxanaçı S. Hacıyeva  uşaqlara Azərbaycanın görkəmli şairi Abbas Səhhət haqqında məlumat verib, Vətən şeirini  uşaqlarla bir yerdə söyləyiblər.

Sonda uşaqlara vətəni sevmək, onu qorumaq, lazım gəlsə, Vətən uğrunda canından keçməyə belə hazır olmaq tövsiyə edilib.

 

Baxış sayı: 45120