XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 3 saylı filialı “Hər kitab bir tarixdir” başlığı altında sərgi və tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 14:02

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı 1№-li tam orta məktəblə birgə məktəblilərdə mütaliə vərdişlərinin formalaşdırılması, oxuya marağın artırılması, istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə “Hər kitab bir tarixdir” başlığı altında sərgi və tədbir təşkil ediblər.

Kitabxana əməkdaşları kitab oxumağın faydalarından, kitabın insanın dünyagörüşünə müsbət təsirlərindən danışıblar.

Sonra şagirdlər kitab haqqında maraqlı fikirlər səsləndiriblər və onların iştirakı ilə Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirindən səhnəciklər nümayiş olunub.

Sonda isə kitabla bağlı təşkil olunmuş sərgiyə baxış keçirilib.

Baxış sayı: 39922